4 noyabr 1950-ci ildə imzalanmış İnsan hüquqları haqqında Avropa Konvensiyası İnsan hüquqları haqqında Ümumi Bəyannamədə əks olunmuş hüquqları təsbit edən və onlara məcburi hüquqi qüvvə verən ilk sənəddir. O, yaşamaq hüququ və ya işgəncəyə məruz qalmamaq hüququ kimi elə mütləq hüquqları müəyyənləşdirir ki, dövlətlər onları poza bilməzlər, o həm də azadlıq və toxunulmazlıq hüququ və şəxsi və ailə həyatına hörmət hüququ kimi müəyyən
hüquq və azadlıqları qoruyur ki, onlar demokratik cəmiyyətdə zəruri olan hallarda yalnız qanunla məhdudlaşdırıla bilər.
Əlavə protokolların qəbul edilməsi ilə ilkin mətnə bir sıra hüquqlar əlavə edilmişdir ki, onlar konkret olaraq ölüm cəzasının ləğvi, mülkiyyətin müdafiəsi, azad seçki hüququ və ya hərəkət azadlığı ilə əlaqədardır.
İnsan hüquqları haqqında Avropa Konvensiyası
Avropa İnsan Hüquqları Məhkəməsi
Presedent hüququ
Konvensiyanın təsiri
Konvensiya – müasir sənəd
Konvensiya sistemində islahatlar
Əlavə 1. Konvensiyanın qısa xülasəsi
Əlavə 2. İnsan hüquqları və əsas azadlıqlar haqqında Avropa Konvensiyasını imzalamış dövlətlər
Əlavə 3. Əsas tarixlər
Əlavə 4. Konvensiyanın Protokolları
Əlavə 5. İnsan hüquqları haqqında Konvensiyanı imzalamış və ratifikasiya etmiş ölkələrin cədvəli (005 nömrəli müqavilə)